Maide.az

Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Vətənə geri dönüb

  Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Vətənə geri dönüblər.   Maide.Az  APA-ya istinadla xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib.   Onun sözlərinə görə, sonuncu qrupda 159 zəvvar olub.   Qeyd edək ki, zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana qayıdıb.   Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.