Həcc əməllərini virtual öyrətmək üçün proqram hazırlanıb
“Startup” layihələri üzrə çalışan Pakistan şirkəti Həcc əməllərini virtual öyrətmək üçün proqram hazırlayıb. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, şirkətin hazırladığı proqram Allah evinin zəvvarlarına Həcc əməllərini virtual öyrətmək imkanı yaradır. Layihənin rəhbəri Ədnan Məqbul bildirib ki, bu proqram vasitəsi ilə siz müqəddəs məkanları virtual ziyarət edə bilərsiz. "“Labbaik VR” adlanan proqramını işlətmək üçün 3 günlük kurslar təşkil olunur. Proqram zəvvarlara Məkkə şəhərində Həcc əməllərini bütöv şəkildə həyata keçirməyi öyrədir." Hələlik proqram Bəluç və Pəncab dilində hazırlanıb. Lakin şirkət hazırda Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır ki, bu proqramı dünyanın digər dillərinə də hazırlasın.