Maide.az

Hər bir insanın verməli olduğu 7 ANALİZ

İnsan hansı sağlamlıq problemlərinin olduğunu bilmək üçün müəyyən analizlər vermək  ən yaxşı  yoldur.     Hər bir insanın verməli olduğu analizlər aşağıdakılardır:   Ürək-damar sistemi xəstəlikləri     Analiz: qanın ümumi və biokimyəvi analizi.    Vaxtı: ildə 2 dəfə    Vacib göstəricilər: qanda xolesterinin səviyyəsi yüksək olduqda ateroskleroz və işemik ürək xəstəliklərinin yaranmasından xəbər verir.    Tromboz    Analiz: koaquloqramma.  Bu analiz qanın qatılığı, laxtalanması, qanaxma və tromb əmələ gəlməsi barədə bir sıra məlumatlar verir.     Vaxtı: ildə 1 dəfə    Şəkərli diabet    Analiz: barmaqdan şəkərin ölçülməsi  üçün qan analizi.   Vaxtı: ildə 2 dəfə    Vacib göstəricilər: Qanda qlükozanın norması  3,3-5,5 mmol/l olmalıdır.    Onkologiya    Analiz: Xərçəngin erkən mərhələdə müəyyən edilməsi üçün bir neçə test mövcuddur.    Vaxtı: 40 yaşdan sonra 2 ildən bir onkoloji analiz vermək lazımdır.    Düz bağırsağın xərçəngi     Analiz: nəcisin analizi     Vacib göstəricilər: Nəcisdə qan aşkarlanması mədə-bağırsaq traktında müşahidə edilən onkoloji xəstəlik nəticəsində baş verən gizli qanaxmadan xəbər verir.    Uşaqlıq ağzının xərçəngi     Analiz: uşaqlığın sitoloji yaxması.   Bu analiz ginekoloji müayinə zamanı götürülür. Uşaqlıq ağzında yerləşən selikli qişada baş verən dəyişiklikləri aşkarlamağa imkan verir.    Leykoz (qan xərçəngi)   Analiz: qanın ümumi analizi    Vacib göstəricilər: Leykoz zamanı limfositlərin sayı azalır. Trombositlərin səviyyəsi isə aşağı düşür./Medicina.az /