Maide.az

Həmsədrlər gələn həftə regiona səfərə gələcəklər - RƏSMİ

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər.   Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.   O qeyd edib ki, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında daha bir görüşün keçirilməsi nəzərdə tutulur:   "Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq". /faktxeber /