Həcc ziyarəti çox önəmli siyasi mesajdır - Ayətullah Xamenei - FOTO
“Müxtəlif ölkələr öz tarixi əsərlərini diqqətlə qoruduqları, hətta bəzi vaxtlarda öz tarix və keçmişlərini dolğun göstərmək üçün saxta əsərlər yaratdıqları bir vaxtda Məkkə və Mədinədə çoxlu İslami əsərlər dağıdılıb”. Maide.Az “leader.ir saytına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Həcc təşkilatının məsul şəxslərini qəbul edib. Ayətullah Xamenei bildirib ki, Allah Taalanın Həcc əməlini yerinə yetirmək üçün bir məkan və zamanda toplaşmaq üçün buyruğu çox önəmli siyasi mesajdır. “Müsəlmanlar arasında əlaqələrin möhkəmləndirilməsi və İslam ümmətinin gücünün göstərilməsi bunun bariz nümunəsidir. Həcc zamanı İslam ümməti ilə əlaqələrin qurulmasını, İslam İnqilabının mesajının zəvvarlara çatdırılması və onlarda olan şübhələri aradan qaldırmaq, İran ilə digər İslam ölkələri arasında əlaqələrin inkişafı üçün zəmin yaratmaq, İslami firqələrlə qardaşcasına bir mühitdə yaşamaq Həccin siyasi mesajlarının digər nümunələridir.” Həccin çox önəmli mənəvi aspekti də olduğunu diqqətə çatdıran Ayətullah Xamenei Səudiyyə dövlətinin Kumeyl duasının keçirilməsini əngəlləməsindən danışıb və qeyd edib ki, bu kimi qadağa və maneələri təşəbbüslərlə çalışıb həll etmək lazımdır. “İslami məqsədlər və həqiqətlərin çatdırılması üçün proqram hazırlanmalı və icra olunmalıdır.” Ali Rəhbər həmçinin Peyğəmbər Əkrəm (s), Əmirəlmöminin (ə), xəlifələr və İslamin əvvəlindəki mücahidələrə aid İslami əsərlərin həcc ərazini inkişaf etdirmək bəhanəsi ilə dağıdılmasını tənqid edib. “Müxtəlif ölkələr öz tarixi əsərlərini diqqətlə qoruduqları, hətta bəzi vaxtlarda öz tarix və keçmişlərini dolğun göstərmək üçün saxta əsərlər yaratdıqları bir vaxtda Məkkə və Mədinədə çoxlu İslami əsərlər dağıdılıb”. Ayətullah Xamenei Həcc və Ziyarət Təşkilatının və aidiyyatı digər qurumların digər İslam ölkələrinin aidiyyatı qurumları ilə əlaqə yaradıb Məkkə və Mədinədə İslami əsərlərin dağıdılmasının qarşısının alınması üçün səy göstərilməsini istəyib. Ali Rəhbər Həcc Təşkilatının məsul şəxsərinə yeni texnologiyalardan, xüsusilə sosial vasiətlərdən istifadə etməklə digər ölkələrin zəvvarları ilə əlaqələr qurmaq, onlarla əməkdaşlığı artırmağı tövsiyə edib.