`Həşd Şabi` qüvvələri Samirrada İŞİD-in terror hücumunun qarşını alıb
İraq Xalq Qüvvələri "Həşd Şabi" qüvvələri Samirrada İŞİD-in terror hücumunun qarşını alıb. Maide.Az “baghdadtoday” saytına istinadla xəbər verir ki, İŞİD terrorçuları Samirra şəhərinin cənubunda Bələd qəsəbəsində terror əməliyyatı həyata keçirmək istəyib, lakin "Həşd Şabi" qüvvələrinin ayıqlığı nəticəsində terror hücumunun qarşısı alınıb. "Həşd Şabi" qüvvələrinin verdiyi açıqlamada bildirilir ki, İŞİD terrorçuları Bələd qəsəbəsində hərbi obyektlər və dinc əhalinin toplaşdığı yerlərdə hücumlar keçirməyi planlayıb. Əldə olunan dəqiq məlumat nəticəsində hücumların qarşısı alınıb. Terrorçular zərərsizləşdirilib.