Maide.az

`Həşd Şabi` komandirindən açıqlama: `Terrorla Mübarizə bitməyib` - Video

İraqın Xalq Səfərbərlik Birləşmələri "Həşd Şabi"-nin yüksək səviyyəli komandiri Hadi əl-Əmiri verdiyi açıqlama zamanı İŞİD-in öldürdüyü 20 döyüşçünün və əsir götürülən 27 nəfərin intiqamını alacaqlarını bildirib.    Hadi əl-Əmiri bildirib ki, İŞİD-in Kərkükdə olan qalıqları "Həşd Şabi" qüvvələrinin konvoyuna pusqu qurub və nəticədə onlarla döyüşçü öldürülüb. "Hücum Kərkük şəhərinin cənub-qərbindəki  Əs-Səduniyyə bölgəsində baş verib. Hücum edənlər İraq ordusu formasını geyiniblər" , - deyə H. Əmiri diqqətə çatdırıb.    İraq ordusunun mətbuat katibi briqada generalı Yəhya Rəsuli isə qeyd edib ki, hücumun arxasında İŞİD-in bölgədə gizlənmiş üzvləri dayanır və İraq ordusu terrorçuları məhv etmək üçün bölgədə geniş əməliyyatlara başlayıb.    İraq Baş naziri Heydər əl-Abadi isə terror hücumunda dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.  Qeyd edək ki, İŞİD hücumun məsuliyyətini öz üzərinə götürüb. (eastnews.org)