Həsən Ruhani ABŞ prezidentini tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa çağırdı
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın verdiyi açıqlamalara münasibət bildirib. Maide.Az bildirir ki, H.Ruhani ABŞ prezidenti Donald Trampın Fars Körfəzini Ərəb Körfəzi adlandırmasını tənqid edib və deyib ki, D.Trampın çıxışı küfr və ittihamdan başqa bir şey deyil: “Mən onu tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa dəvət edirəm. O həmçinin beynəlxalq öhdəlikləri və ədəb qaydalarını öyrənsin”. H.Ruhani Amerikanın İraqın İran əleyhinə olan müharibədəki rolundan danışıb və bu ölkəni tənqid edib. “ “İran xaqlı heç bir gücün qarşısında təslim olmayacaq. Bir daha bizə aydın oldu ki, Amerika hökuməti İran xalqının qarşısında və regionun məzlum xalqları qarşısında tutduğu yolu davam etdirəcək.” H.Ruhani İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dəstəkləyib və deyib ki, SEPAH güclü bir qüvvədir və xalq həmişə onun yanındadır: “Açıq şəkildə deyirəm ki, biz terrorun qarşısında durmuşuq və durmağa davam edəcəyik”. H.Ruhani deyib ki, Amerika bu gün Hərtərəfli Birgə Fəaliyyət Planı və İran xalqı əleyhinə yürütdüyü çirkli planlar qarşısıdna həmişəkindən daha artıq tək qalıb. “Bütün orqanları xalqın səsi ilə seçilmiş İran dövləti diktatordur? Yoxsa ki, xalqı heç vaxt seçkilərin nə olduğunu bilməyən və Amerikanın dəstəyi altında hələdə tayfa sistemi ilə idarə olunan dövlətlər?” H.Ruhani bildirib ki, ABŞ-ın məqsədi İranda iqtisadiyyat və investisiyaya ziyan vurmaq və Hərtərəfli Birgə Fəaliyyət Planının pozulmasına nail olmaqdır. "HBFP-ə hər hansı bir maddə və ya qeyd çıxarılmayacaq və əlavə olunmayacaq". “Siz İranın raketlərinə görə narahatsınız? Siz bu regionda həmişə təcavüzkar olmusunuz. Bizim raketlərimiz özünümüdafiə üçündür. Daim müdafiə üçün qətiyyətli olmuşuq, bu gün həmişəkindən daha da çox silah istehsal etmək üçün çalışacağıq. İran bundan sonra öz raket istehsal proqramını daha da gücləndirəcək. İrana silah sırf müdafiə üçün lazımdır”, deyə H.Ruhani bildirib.(tasnimnews)