Maide.az

HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-6

Şəban ayında 4-7 gün oruc tutmağın savabı: Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) buyurmuşdur: ...مَنْ صَامَ أَرْبَعَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ وُسِّعَ عَلَيْهِ فِي الرِّزْقِ “Hər kəs Şəban ayında dörd gün oruc tutarsa, Allah-Taala onun ruzisini (və ruzi qazandığı vasitələri) genişləndirər.” وَ مَنْ صَامَ خَمْسَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ حُبِّبَ إِلَى الْعِبَادِ “Hər kəs Şəban ayında beş gün oruc tutarsa, Allah-Taala onu bəndələri arasında sevimli edər.” وَ مَنْ صَامَ سِتَّةَ أَيَّامٍ مِنْ شَعْبَانَ صُرِفَ عَنْهُ سَبْعُونَ لَوْناً مِنَ الْبَلَاءِ “Hər kəs Şəban ayında altı gün oruc tutarsa, Allah-Taala ondan 70 növ bəlanı dəf edər.” وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ شَعْبَانَ عُصِمَ مِنْ إِبْلِيسَ وَ جُنُودِهِ دَهْرَهُ وَ عُمُرَهُ (وَ هَمْزِهِ وَ غَمْزِه‏) “Hər kəs Şəban ayında yeddi gün oruc tutarsa, Allah-Taala onun həyatını İblis və onun qoşunlarının azdırıcı vəsvəsə və işarələrindən qoruyar.” (“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)