Maide.az

Həsən Ruhaninin Rusiyaya səfər tarixi açıqlandı

İran Prezidenti Həsən Ruhaninin Rusiyaya səfər tarixi açıqlanıb.   H.Ruhani martın 27-28-də Rusiyada rəsmi səfərdə olacaq.   İran Prezidenti martın 28-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə iki ölkənin energetika və nəqliyyat infrastrukturu sahələrində birgə layihələri müzakirə olunacaq.   Danışıqların yekunu üzrə bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir. (trend) /