Maide.az

Həftəsonu baş verən qəzalarda 2 nəfər ölüb, 22 nəfər yaralanıb

Bütün hadisələrlə bağlı araşdırma aparılır   İstirahət günlərində ölkədə 12 yol qəzası baş verib, 2 nəfər ölüb, 22 nəfər yaralanıb.   Maide.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən  xəbər verir ki, fevralın 4-ü respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 17 nəfər yaralanıb.   Fevral ayının 5-də isə respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər yaralanıb.    Bütün hadisələrlə bağlı araşdırma aparılır. /