Maide.az

Həsən Ruhani Rusiyaya gedəcək

"İran prezidenti Həsən Ruhani martın sonlarında Rusiyaya səfər edəcək".   Maide.Az Trend-ə istinadən xəbər verir ki, bunu diplomatik mənbə bildirib.   Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiq edib.   Onun sözlərinə görə, V.Putin və H.Ruhani arasında görüş üçün hazırlıqlar aparılır. /