Maide.az

HƏMAS ABŞ-a xəbərdarlıq etdi: `Bu addım oda benzin tökmək olacaq`

HƏMAS, ABŞ-ın Tel-Əvivdəki səfirliyini Qüdsə köçməsinin İsrail rejimi-Fələstin münaqişəsində yeni bir dövrün başlanğıcı olacağı barədə xəbərdarlıq edib.   HƏMAS, ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi planını qəbul etmədikləri bildirib.   HƏMAS tərəfindən verilən yazılı açıqlamada, bu addımın gərginliyi artıracağı və "oda benzin tökmək" kimi, olacağı qeyd olunub.   "Səfiriyin köçürülməsi ABŞ-ın İsrail rejiminə tam tərəfdaşı olduğunu göstərir. Bu bölgədəki münaqişə ilə bağlı ABŞ-ı siyasi rolundan məhrum edəcək" ifadəsi açıqlamada qeyd olunub. (deyerler.org)