Həzrət Məsumənin (s) hərəminin üzərindəki bayraq dəyişdirilib – FOTO
9 Yanvar – 10 Rəbiül- Sani – Həzrət Məsumənin (s) vəfat günüdür. Maide.Az xəbər verir ki, bu münasibətlə bu gün Qum şəhərində İmam Rzanın (ə) bacısı Həzrət Məsumənin (s) hərəminin günbəzinin üzərindəki bayrağın və o Həzrətin zərihinin üzərindəki örtük dəyişdirilmə mərasimi keçirilib.