Maide.az

Həmrəylik Günü ərəfəsində əfv gözlənilmir

Bu il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə əfv fərmanının verilməsi gözlənilmir.   Bu barədə “Qafqazinfo”ya Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. O bildirib ki, bununla bağlı komissiya toplaşmayıb:   “Sonuncu əfv fərmanı bu ilin mart ayında imzalanıb. Bundan sonra may ayında amnistiya aktı layihəsi Milli Məclisdə qəbul edilib. Layihə 10000 minə yaxın məhkumu əhatə edib. 3000-ə yaxın şəxs azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bununla belə, əfv fərmanı vermək prezidentin müstəsna səlahiyyətinə daxil olan məsələdir”.