Həzrət Zəhranın (s) kəlamları yeni üslubda “Hikmətnameye Fatimi” adlı kitabda
“Darul-Hədis” elmi-mədəni müəssisənin dəstəyi ilə “Hikmətnameye Fatimi” adlı kitab nəşr olunacaq. Maide.Az xəbər verir ki, bunu “Darul-Hədis” müəssisəsinin rəhbəri Ayətullah Məhəmmədi Reyşəhri deyib. O deyib ki, bu kitabda ilk dəfə olaraq həzrət Zərhanın (s) hikmətli kəlamları yeni üslubda və daha anlaşılan fomada oxuculara təqdim olunur. M.Reyşəhri deyib ki, kitabda həmçinin həzrət Zəhranın (s) həyatının müxtəlif sahələri təhlil olunub. “Kitabın əvvəlində həzrət Zəhranın (s) həyatı qısa formada təqdim olunub. Kitab 800 səhifədir. Kitabda Həzrət Zəhra (s) xütbələri və kəlamları toplanıb”. Qeyd edək ki, kitab yaxın günlərdə çapdan çıxacaq və tədqiqatçıların ixitayrına veriləcək.