Maide.az

Hər gün 5 şabalıd yeməyin 7 FAYDASI

Şabalıd çox faydalı, diyetik, müalicəvi məhsul sayılır.   Şabalıd müxtəlif vitaminlər (A, D, E, B qrupu), minerallar (fosfor, dəmir, kalsium, kalium), qidalı liflər, flavonoidlər, pektinlər, aminturşuları və s. əvəzolunmaz maddələrlə zəngindir.   Qidalanma üzrə mütəxəssislər müalicəvi və profilaktik məqsədlərlə hər gün 5 bişmiş şabalıd yeməyi tövsiyə edirlər. Bu orqanizmə çox yaxşı müalicəvi və profilaktik təsir edir.   Hər gün 5 şabalıd yeməyin faydaları: - damarların divarlarını möhkəmləndirir, varikoz xəstəliyinin profilaktikasıdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir - ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır - sinir sistemi üçün faydalıdır, stress və depressiyadan qoruyur - qanda xolesterolun səviyyəsini aşağı salır - qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini aşağı salır - mübadilə prosesləri yaxşılaşdırır.   (saglamolun.az) /