Hələbə kimyəvi hücum edildi: Dinc sakinlər qurbana çevrildi
Ölən və yaralananlar var. Verilən xəbərə əsasən, terrorçular Suriyanın Hələb şəhərinə kimyəvi hücum ediblər. Hücum nəticəsində 2 suriyalı hərbçi dünyasını dəyişib, 37 dinc sakin yaralanıb. "Oktyabr ayının 30-u Hələb şəhərində "1070" kvartalı ərazisindən Dahiyyət əl-Əsəd və əl-Həmdaniyyə rayonları ərazilərinə kustar üsulla düzəldilmiş mərmilərlə zərbə endirilib. Mərmilərin hazırlanması zamanı zəhərləyici maddələrdən istifadə olunub. 2 suriyalı hərbçi həlak olub, azı 37 dinc sakin yaralanıb", - deyə Rusiyanın Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş xəbərdə deyilir. Yaralılar xəstəxanaya yerləşdiriliblər. (islamazeri) /