Maide.az

Həcc ziyarətinin başlanmasının vaxtını açıqlandı

 Azərbaycanda bu il Həcc ziyarətinin başlanmasının vaxtı açıqlanıb.   Maide.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu il Azərbaycandan zəvvarlar Həcc ziyarətinə sentyabrın 2-dən etibarən yola düşəcəklər.   Zəvvarlar qrup formasında ziyarətə yollanacaqlar.   Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonrada bu rəqəm daha da azaldılaraq 1040-a endirilib.