Həzrət Əbəlfəzl (ə) hərəminin yeni zərihinin son tamamlanma işləri-FOTO
Həzrət Əbəlfəzl Abbas (ə) qəbrinin zərihinin tamamlanma işləri gecə - gündüz davam etdirilir. Maide.az xəbər verir ki, Kərbəlada Həzrət Əbəlfəzlin (ə) yeni zərihinin quraşdırılması işləri artıq tamamlanmaq üzrədir. Zərihinin artıq əsas hissələri - qızıl məhəccərlərinin yerləşdirilməsi və zərihin içərisində Quran ayələri yazılmış lövhələr quraşdırılıb. Rəsmilərin verdiyi məlumata görə, yeni zərihin yerləşdirilməsi Rəcəb ayının 13-ü - Həzrət Əlinin (ə) mübarək mövlud gününə qədər yekunlaşdırılacaq. /