Maide.az

`Həzi Aslanov` metrostansiyasında eskalator təmirə dayandırılır

"Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib.   Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. 11 mart 2016-ci il tarixindən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq.   1 saylı eskalatorun 07 aprel 2016-cı il tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.Digər eskalator isə işlək olacaq.   "Bakı Metropoliteni" QSC narahatlığa görə sərnişinlərdən üzr istəyir.