Maide.az

Hərbi yük maşını qatarla toqquşub: yaralı əsgər var

Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmiryol ötürücüsünü keçərkən qatarla toqquşub.   Maide.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.   M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.   Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır./