Maide.az

Həbs olunan MTN-çilər XÜSUSİ KAMERALARDA

Barələrində həbs - qəti imkan tədbiri seçilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıblar.    Maide.az "aznews"a istinadən xəbər verir ki, tutulan 10-dək MTN əməkdaşı gecə təcridxanaya təslim edilib.    Təcridxanada onlara ciddi şəkildə nəzarət olunur. Hətta rəhbərlik onlara nəzarət edilməsi üçün 30-dan çox "nadzor"u əlavə olaraq işə cəlb edib. Həmçinin, onlar üçün ayrıca xüsusi saxlanma kameraları ayrılıb.    Qeyd edək ki, Səbail Rayon Məhkəməsi MTN-çilər haqda həbs - qəti imkan tədbiri seçdikdən sonra onlar Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında saxlanılırdılar.    Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs - qəti imkan tədbiri seçilib.   Haqqında həbs-qəti imkan tədbiri seçilən şəxslərdən üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.   Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. /