Maide.az

Həbsxanada kütləvi dava olub

Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbuslar arasında kütləvi dava düşüb.   Maide.az xərər verir ki, bu barədə report.az Xətai rayon Polis İdarəsinə istinadən məlumat yayıb.   Bildirilir ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində 27 yaşlı məhbus Cavanşir Nəcəfov 41 yaşlı məhbus Teymur Ağayevi döyərək ona ağır bədən xəsarətləri yetirib.   Davaya digər məhbuslar da qarışıb.   Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır./