Maide.az

Hələbdə onlarla İŞİD-çi öldürülüb

Suriya ordusunun hava hücumları nəticəsində ölkənin şimal-qərbində yerləşən Hələb vilayətində çoxlu sayda İŞİD terrorçusu öldürülüb.   Maide.az-ın məlumatına görə, Suriya xəbər dairələri bildiriblər ki, bazar ertəsi günü Suriya ordusu helikopterləri İŞİD terror qruplaşmasının Hələb vilayətinin əl-Bab şəhərindəki mövqelərini bombalayıblar. Nəticədə 23 terrorçu öldürülüb.    Bu məlumata görə, ötən şənbə günü də Suriya hərbi helikopterlərinin əl-Bab şəhərində İŞİD-in mövqelərinə hücumunda 34 terrorçu öldürülmüşdü.