Maide.az

Həmsədrlərin regiona səfərinin vaxtı açıqlanıb

 ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrye (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərinin vaxtı açıqlanıb.   APA-nın məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, vasitəçilər iyulun 20-də Ermənistana, iyulun 21-də isə Azərbaycana səfər edəcəklər.   Qeyd edək ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır. /