Həmas xalq ordusu təşkil edir
Fələstinin İslami Müqavimət Hərəkatı (Həmas) elan edib ki, Sionist rejiminin fələstinlilərə qarşı hücumlarının qarşısını almaq məqsədi ilə xalq ordusu təşkil edir. Maide.az-ın Frans Press-ə istinadən məlumatına görə, Həmasın hərbi qolu İzzəddin Qəssam briqadasının sözçülərindən olan Məhəmməd Əbu Əskər deyib ki, İndiyə kimi 2500 nəfər xalq ordusuna qoşulub. Onun sözlərinə görə, bu ordu Qəzza zolağının qorunması , Ələqsa məscidi və digər Fələstin ərazilərinin azad edilməsi məqsədi ilə təşkil olunub. Əbu Əskər əlavə edib ki 20-dən çox yaşı olan könüllü gənclər xalq ordusuna yazılaraq işğalçı İsrail rejimi ilə mübarizə üçün hazırlaşa bilərlər. /