Maide.az

Həbsxanada üsyan - VİDEO

Türkiyədə həbsxanalardan birində məhkumlaırn üsyanı olub Kocaelinin İzmit rayonundakı cəzaçəkmə müəssisələrinin birində məhkumların üsyanı baş qaldırıb. Həbsxananın damına çıxaraq orada şüarlar səsləndirən məhkumlar, içəridəki çarpayıları yandırıblar. Hansı səbəblə üsyan etdikləri bilinməyən məhkumların həbsxanada olan əşyaları yandırmaqdan başqa, bəzilərini də damdan aşağı tökdükləri bildirilir. Yanğın baş verən cəzaçəkmə müəssisəsinəm çox sayda yanğınsöndürmə qrupu cəlb edilib. Səhiyyə işçiləri də hər ehtimala qarşı orada gözlədilir. Çevik polis qüvvələri də dəstək məqsədilə həbsxanaya göndərilib. Son dəqiqələrdə əldə edilən məlumata görə, yanğınsöndürənlər havadan su vurmaqla içəridəki yanğının qarşısını alıblar. Səlahiyyətli şəxslərin məhkumlar ilə danışıqları davam edir./anspress/