Maide.az

Həmsədrlər ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişi barədə məlumatlandıracaqlar

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanaya yollanıb.   Bu barədə diplomatın “Tvitter” səhifəsində yerləşdirilən məlumatda bildirilir.   C.Uorlikin Vyanaya səfərinin məqsədi Minsk qrupunun ofisini və ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişatı barədə məlumatladırmaqdır.   “Bu gün ATƏT-in Minsk qrupu bəyanat verəcək. Bəyanatda zorakılığın artmasından narahatlıq ifadə olunacaq”, - deyə o vurğulayıb.   Xatırladaq ki, dünən Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri keçirilib.