Maide.az

Həmid Kərzayın helikopteri atəşə tutulub və yanıb

Əfqanıstan prezidenti Həmid Kərzayın helikopteri ölkənin paytaxtındakı aeroportun raket atəşinə tutulması nəticəsində yanıb.   “İTAR-TASS”ın verdiyi xəbərə görə, bu barədə aeroportun hərbi hissəsinin komandiri Abdulla Vahab Vardak bildirib.  Məlumata görə, helikopter uçuş zolağında olarkən raketə tuş gəlib.   Dövlət başçısının hücum zamanı helikopterdə olub-olmaması barədə məlumat yoxdur.         “Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.