H.Nəsrullah: İsrailin nüvə stansiyası Hizbullahın raketlərinin hədəfindədir
Lİvan Hizbuallahının lideri Seyid Həsən Nəsrullah deyir ki, əgər İsrail Dimona nüvə stansiyasını bağlamasa bu nüvə stansiyası İslami Müqavimət Hərəkatının raketləri üçün asan hədəf olacaq. Maide.Az xəbər verir ki, cümə axşamı Hizbullah rəhbərlərindən 3 nəfərin şəhadətinin ildönümü münasibətilə çıxış edən H.Nəsrullah deyib ki, düşmən rəhbərləri bilsinlər, əgər düşünürlər ki, müqavimət ilə bağlı kifayət qədər məlumata sahibdirlər, səhv edirlər. “Bizim həmişə təccüb doğuracaq gizli sürprizlərimiz var və bu bizim hərbi strategiyamızın tərkib hissəsidir.” H.Nəsrullah Hizbullah müqavimət qruplarının Suriyada mübarizəsini davam etdirdiyini vurğulayıb və deyib ki, hava hücumları təklikdə müharibənin taleyini dəyişə bilməz və qələbə qazandırmaz. "Əgər Suriya ordusunun quruda əməliyaytları olmasaydı, rəsmi Dəməşq qələbə qazana bilməzdi. Müqavimət həmişə hazırlıq vəziyyətindədir və düşmən bunu bilir və buna görədir ki, hədələməklə kifayətlənir”. H.Nəsrullah deyib ki, bəzi Ərəb ölkələri Sionist İsrail rejimini Hizbullaha qarşı dəstəkləyirlər lakin İsrail bu dəstəklərlə belə qələbə qazana bilməz. (presstv)