Gözlər barədə bilmədiyimiz 13 maraqlı FAKT
Gözlər insan orqanizminin ən təsirli və cazibədar hissələrindən biridir. Ona bəzən qəlbin aynası da deyirlər, haqqında şeirlər yazılıb, mahnılar bəstələnib. Lakin bizlərin gözlər haqqında nə qədər məlumatımız var? Kosmosda ağlamaq mümkündürmü, kimlər çəpgözlüyü cazibədarlıq hesab edirdilər... Gözlər haqqında bu və digər mədlumatları Sizlərə təqdim edirik. 1. Qonur gözlər əslində mavi rəngdədir, sadəcə qəhvəyi piqmentlərlə örtülü olur. Hətta qonur gözləri ömürlük maviyə çevirəcək xüsusi lazer proseduru da var. 2. Kişilərin 1/12-i daltonikdir. 3. Gözlər ömür boyu eyni ölçüdə qalır, burun və qulaq isə inkişaf etməkdən dayanmır. 4. İnsan gözü 3 spektrı – qırmızı, göy və yaşılı qəbul edir. Qalanları bu rənglərin qarışığından alınır. 5. Gözün buynuz təbəqəsi köpək balığınkına o qədər bənzəyir ki, sonunculardan bəzən göz əməliyyatlarında əvəzedici kimi istifadə olunur. 6. Orta hesabla biz ömür boyu 24 milyon müxtəlif təsvirləri görürük. 7. Gözlər hər saatda beyni çoxlu sayda informasiya ötürür. Bu kanalın ötürücü xüsusiyyətini nəhəng şəhərlərin internet provayderləri ilə müqayisə etmək olar 8. Gözlərimiz saniyədə 50 predmetə fokuslanır. 9. Mayalılar çəpgözlüyü cazibədarlıq simvolu hesab edirdilər. Bu səbəbdən onlar övladlarının çəpgöz olması üçün əllərindən gələni edirdilər.? Kosmosda ağlamaq mümkündürmü, kimlər çəpgözlüyü cazibədarlıq hesab edirdilər... 10. Adi göz testi ilə 98,3 faiz şizofrenliyi müəyyən etmək olar. 11. İnsanlar və itlər digərlərinin gözündə ifadə oxuyan yeganə canlılardır. İtlər bu xüsusiyyətdən insanlarla ünsiyyət üçün istifadə edirlər. 12. Təqribən 2 faiz qadında gözlərin genetik mutasiyası nəticəsində 100 milyon rəng görə bilirlər. 13. Kosmonavtlar qravitasiyaya görə kosmosda ağlaya bilmirlər. Çünki göz yaşları kiçik diyircəyə çevrilir və gözü göynədir. faktxeber /