Maide.az

Göygöldə ağır qəza: Ölən və yaralananlar var

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.   "QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.   Yol qəzasına düşənlər bir ailənin üzvləridir.    Hadisə ilə bağlı araşdırmalara başlanılıb.