Maide.az

Göygöldə yol qəzası nəticəsində 8 nəfər ölüb

Göygöldə baş verən yol nəqliyyat qəzası nəticəsində 8 nəfər dünyasını dəyişib.   Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır.   Bir nəfər qadın isə Gəncə Şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.   Qeyd edək ki, qəza Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobillərinin iştirakı ilə baş verib.   Faktla bağlı araşdırma aparılır.