Maide.az

Göygöldə qəza: 7 nəfər xəsarət aldı

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   "Report"un Qərb bürosunun məlumatına görə, Gəncə-Daşkəsən avtomobil yolunun "Stansiya Qızılca" ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.   Xəsarətlər alan Daşkəsən rayon sakinləri - 1964-cü il təvəllüdlü Əliyeva Pakizə, 1987-ci il təvəllüdlü Əliyeva Esmira və ağır xəsarət alan Vəsilə Verdiyeva və Rövşən Verdiyevdir.   Daha bir ağır yaralı özəl xəstəxanaya aparılıb.   Qəza nəticəsində xəsarət alan 2 uşağa isə ambulator tibbi yardım göstərilib.