Maide.az

Göyçayda birinci sinif şagirdini avtomobil vurub

Göyçay rayonunda yol qəzası baş verib.   Hadisə bu gün Göyçayın Bəydövül kəndində qeydə alınıb. Rayonun Veysəlli kənd sakini 1987-ci il təvəllüdlü Mikayılov Vüsal Əkbər oğlu idarə etdiyi 10-SV-892 dövlət nömrə nişanlı, “QAZel” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Bəydövül kənd sakini, 2009-cu il təvəllüdlü Qasımlı Tunar Tural oğlunu vurub.   Bəydövül kənd orta məktəbinin birinci sinif şagirdi olan Tunar Qasımlı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır.   Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa) /