Maide.az

Görmə qüsurluların 3-cü Beynəlxalq Quran Yarışması keçiriləcək

İslam Dünyası 3-cü Beynəlxalq Görmə Qüsurlular Quran Yarışması üçün iştirakçılara dəvətnamələrin göndərilməsinə start verilib.   Maide.Az "İQNA"ya istinadən xəbər verir ki, yarışma 19-26 apreldə İranda baş tutacaq.   Müsabiqədə yalnız kişi iştirakçılar əzbər və qiraət üzrə bacarıqlarını ortaya qoyacaqlar. Ötən ilin iştirakçılar builki yarışmaya buraxılmayacaqlar. Bundan başqa, yaşı 18-45 arasında olanların iştirakına icazə veriləcək.   İştirakçılar viza müraciətləri, gediş-gəliş və qonaqlama xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq. Hər iştirakçının yanında bir nümayəndəyə icazə veriləcək.   Müraciət üçün son tarix 7 martdır. Ətraflı məlumatı www.quran.ir saytından əldə etmək olar.