Maide.az

Gürcüstan parlamentinin sədri istefa verib

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze tutduğu vəzifədən ayrılır.   Bu barədə brifinqdə Tbilisi meri Kaxa Kaladze bildirib.   Onun sözlərinə görə, müvafiq qərar hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının siyasi şurasının iclasında qəbul edilib.   Xatırladaq ki, İ.Kobaxidze 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri olub. / Report/