Maide.az

Gürcüstanda zəlzələ olub

Avqustun 18-də Gürcüstanın Tsixinvali bölgəsində zəlzələ qeydə alınıb.   Maide.Az xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.   Bildirilir ki, 3,8 bal gücündə olan yeraltı təkanlar saat 15:50-də Tsixinvali bölgəsinin Cava qəsəbəsində baş verib.   Bu, avqust ayı ərzində Gürcüstanda qeydə alınan dördüncü zəlzələdir. Bundan əvvəl qeydə alınan yeraltı təkanlar 3 – 3,5 bal gücündə olub. /azertac /