Maide.az

Gürcüstanda zəlzələ olub

Gürcüstanın Kaxeti rayonunda 4.1 bal gücündə zəlzələ baş verib.   APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:02-də baş vermiş zəlzələnin episentri rayonun Qurcani yaşayış məntəqəsinin yaxınlığında yerləşib.     Dağıntı və tələfat barədə məlumat yoxdur.