Maide.az

Gürcüstanda tank poliqonu fəaliyyətə başlayıb

Gürcüstanda Tbilisi yaxınlığında NATO-nun təlim mərkəzinin bir hissəsi olacaq yeni tank poliqonu istifadəyə verilib. Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilir. "Gürcüstan Ordusunun döyüş maşını heyətləri yeni poliqonda öz ustalıqlarını nümayiş etdiriblər", - deyə məlumatda bildirilib. Qeyd olunur ki, tankodrom 2008-ci il müharibəsində həlak olan kapral Roman Uqrexelidzenin adını daşıyacaq. O, IV piyada briqadasının 44-cü tank batalyonunun ikinci tank bölüyündə sürücü-mexanik kimi xidmət çəkib.