Maide.az

Gürcüstanda ürək-damar xəstəliklərindən ölənlərin sayı artıb

Gürcüstanda ən çox ölümə səbəb olan xəstəliklər sıralanıb.    Gürcüstan Milli Statistika Ofisinin hesabatına əsasən bu ölkədə ən çox ölüm faktı ürək-damar xəstəlikləri ilə bağlı qeydə alınıb.    Məlumatda bildirilib ki, 2018-ci ildə bu xəstəlik səbəbindən Gürcüstanda 21549 nəfər ölüb. Bu isə əvvəlki illə müqayisədə 1700 nəfər çoxdur. Respirator sistem xəstəliklərindən ölənlərin sayında da artım qeydə alınıb. Belə ki, 2018-ci ildə bu ölkədə 7329 nəfər bu cür xəstəliklər səbəbi ilə dünyasını dəyişib. Əvvəlki ildə isə bu rəqəm 2608 olub. /APA /