Maide.az

Gürcüstanda qatar avtobusla toqquşdu: 3 ölü

Gürcüstanın qərbindən Tbilisiyə hərəkət edən sürət qatarı mikroavtobusla toqquşub. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, qəza Marani kəndi ərazisində baş verib. Toqquşma nəticəsində mikroavtobusun 3 sərnişini ölüb. Nəqliyyat vasitəsində olan iki azyaşlı uşaq isə xəsarət almayıb. Qəzaya səbəb kimi qadağan edilmiş yerdə dəmiryol xəttinə çıxmış mikroavtobus sürücüsünün yaxınlaşan qatarı görməməsi göstərilir. /