Gürcüstanda polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və plastik güllələrdən istifadə edib - FOTO
Gürcüstanda su elektrik stansiyasının tikintisi etiraza səbəb olub. Maide.Az xəbər verir ki, “Rustavi-2 TV” kanlının məlumatına görə, etiraz aksiyasını dağıtmaq üçün polis gözyaşardıcı qaz və plastik güllələrindən istifadə edib. Pankisi gəndinin 300 sakini Birkiani kəndinin yaxınlığında toplaşaraq etiraz aksiyası keçirib. Onlar "Khadori-3" adlı su elektrik staniyasının tikintisi üçün bölgəyə gələn şirkət nümayəndələrinnin qarşısını kəsib. Kən əhalisi stansiyanın tikintisi üçün onların evlərindən çıxarılmasına və stansiyanın ekologiyaya ziyanına etiraz edib.