Gürcüstanda mədənçilər tətil elan etdi
Gürcüstanın Tkibuli şəhərində mədənçilər tətil elan ediblər. “Report”un yerli bürosu xəbər verir ki, Dzidziquri adına mədənin işçiləri iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Mədənçilər ağır şəraitdə çalışdıqlarını və lokomativ zədələndiyindən 6 kilometrlik yolu piyada qət etdiklərini deyiblər. Onlar yeni investorun mədəni bağlayacağını iddia edirlər. Mədənin yeni rəhbərliyi işçilərlə danışıqlar aparmağa hazır olduğunu bildirib.