Maide.az

Gürcüstanda hökumətə iyunun 10-dək vaxt verildi

Tbilisidə baş qaldıran yeni etiraz dalğasının təşkilatçısı Zaza Saralidze Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvili ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlama verib.   Maide.Az "İslaminSesi"-nə istinadən xəbər verir ki, kütləvi davada oğlunu itirmiş valideyn yeniyetmələrin ölümü ilə bağlı istintaqın yekunlaşdırılması üçün hökumətə iyunun 10-na kimi vaxt verib.   Saralidzenin sözlərinə görə, əks təqdirdə Gürcüstan hökumətinin istefası tələbi ilə kütləvi mitinqlər davam edəcək.   “Ayın 10-a kimi baş nazirin vədləri yerinə yetirilməsə, biz yenidən ayağa qalxıb hökumətin istefasını tələb edəcəyik”, -deyə Saralidze jurnalistlərə verdiyi açıqlamada bildirib.   Onun sözlərinə görə, istintaqı saxtalaşdıran istənilən şəxsi həbs etmək lazımdır.