Maide.az

Gürcüstan Azərbaycandan yardım istədi

Gürcüstan xilasediciləri sel nəticəsində itkin düşən üç nəfərin Kür çayında axtarışlarına başlayıblar.   Bu barədə Report Gürcüstan KİV-inə istinadən xəbər verir.   Bildirilir ki, bu işlər bütün perimetr üzrə həyata keçiriləcək. Həmçinin, Gürcüstan tərəfi itkin düşmüş şəxslərin axtarışında Azərbaycandan yardım istəyib.   Xatırladaq ki, iyunun 14-nə keçən gecə Tbilisidə güclü daşqın baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 19 nəfər həyatını itirib, 119 nəfəri uşaq olmaqla, ümumilikdə 457 nəfər evsiz qalıb, 3 nəfər isə hələ də itkin düşmüş hesab olunur.  /