Maide.az

Goranboyda pambıq qəbulu məntəqəsində güclü yanğın baş verib - FOTO

Hadisənin başvermə səbəbləri və dəyən ziyan araşdırılır   Goranboy rayonunda pambıq qəbulu məntəqəsində güclü yanğın baş verib.    "Report"un Qərb bürosu xəbər verir ki, hadisə yerinə Goranboy və Naftalan şəhərlərindən 6 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.    Nəticədə məntəqədə yığılan və hər biri təqribən 300 ton olan 4 pambıq tayası yanıb. Yanğınsöndürənlər alovun digər pambıq tayalarına keçməsinin qarşısını alıblar.    Hadisənin başvermə səbəbləri və dəyən ziyan araşdırılır.  /