Maide.az

Goranboyda güclü külək bədbəxt hadisəyə səbəb olub: bir ölü

  Faktla bağlı araşdırma aparılır  Goranboyda güclü külək nəticəsində ağac adamın üstünə aşıb. "Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə avqustun 15-də Goranboy rayonunun Qaradağlı kəndində qeydə alınıb. Güclü külək nəticəsində aşan ağac kənd sakini Siyasət Quliyevin üstünə düşüb və o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. /