Maide.az

Goranboyda avtomobildə partlayış olub, xəsarət alan var

Goranboy rayon sakini avtomobil təmir edərkən müxtəlif bədən xəsarətləri alıb. APA-nn qərb bürosunun verdiyi məlumata görə, Goranboyun Xınalı kənd sakini, 1970-ci il təvəllüdlü Rauf Hüseynov bədəninin müxtəlif hissələrinin qəlpə yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, R. Hüseynov avtomobil təmir edərkən partlayış olub və o xəsarət alıb./